Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
ABŞ türkiyəli nazirləri “qara siyahı”ya saldı

ABŞ türkiyəli nazirləri “qara siyahı”ya saldı

yüklənir...

ABŞ hökuməti Türkiyənin Milli Müdafiə və Energetika Nazirliklərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

ABŞ Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Müdafiə naziri Hulusi Akar, Daxili İşlər naziri Süleyman Soylu və energetika naziri Fateh Dönməz də sanksiyalar siyahısına daxil edilib. 

Məlumata görə, bu nazirlik və nazirlərin ABŞ-dakı bank hesabları dondurulacaq, eləcə də Amerika vətəndaşlarına bu qurum və şəxslərlə əməkdaşlıq etmək qadağan ediləcək.

 

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi xəbərdarlıq edib ki, siyahıdakı şəxslər ilə müəyyən əməliyyatlar aparan insanlara da sanksiya tətbiq oluna bilər.

Bildirilir ki, sanksiyalar BMT və QHT-lərin Türkiyədəki işlərinə mane olmamalıdır. Həm də ABŞ sanksiyalar yolu ilə Türkiyənin Suriyadakı humanitar əməliyyatlarına mane olmayacaq.

Qeyd edək ki, məhdudlaşdırıcı tədbirlər rəsmi Vaşinqtonun Ankaranın Suriyanın şimal-şərqindəki kürdlərə qarşı hərbi əməliyyatına cavab olub.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur