Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Türkiyəli aktyorların faciəvi ölümü

Türkiyəli aktyorların faciəvi ölümü

yüklənir...
Nə pul, nə də şöhrət onları bu həyatda saxlaya bilmədi...

11 ekran işində rol alan türkiyəli aktyor Mehmet Uslu ağciyər xərçəngindən dünyasını dəyişib. Bir neçə il o, xəstəliklə mübarizə aparıb, amma bir müddət sonra aktyorun vəziyyəti pisləşib və həkimlər onun həyatını xilas edə bilməyib. Uslu son rolunu "Söz” serialında oynayıb.

Harun Kandemir

Məşhur türkiyəli aktyor Harun Kandemir ömrünün 35-ci ilində öz evində vəfat edib. Qohumları təcili yardım çağırıb, amma artıq gec idi – Harun ürəktutmasından dünyasını dəyişib. Aktyorun dəfn mərasimi Osmanlı məscidində keçirilib.

Arda Öziri

Türkiyənin məşhur "Diriliş: Ertuğrul” serialının aktyoru 39 yaşında avtoqəzada həyatını itirib. Dostu ilə bərabər ÇL matçını izlədikdən sonra motosikletinə əyləşib evinə gedən Arda yolda qəzaya düşüb. Aktyor hadisə yerində ölməyib, onu xəstəxanaya çatdırıblar, amma həyatını xilas etmək mümkün olmayıb.

Ayşen Qruda

Türkiyəli aktrisa Ayşen Qruda bu ilin əvvəlində mədəaltı vəzi xərçəngindən vəfat edib. 74 yaşlı aktrisa 100-dən çox filmdə rol almağı çatdırıb. Qrudanın iştirak etdiyi son ekran işi isə 2018-ci ildə çəkilən "Sevimli qonşum” filmi olub.  

Tarık Akan

Türkiyəli aktyor Tarık Akan ömrünün 66-cı ilində ağciyər xərçəngindən dünyasını dəyişib. Tarık karyerası boyu 111 filmdə və 4 serialda rol alıb. Ona məşhur gətirən ekran işi isə "Ah nerede” romantik komediyası olub.

Gülriz Sururi

Məşhur teatr aktrisası Gülriz Sururi 89 il yaşayıb. Karyerası boyu o, bir çox tamaşalarda rol alıb. 1996-cı ildə Sururi Türkiyədə ilin qadını seçilib. Yerli telekanalların birində kulinariya şousunun aparıcısı olan Gülriz həzm sistemində yaranan problemdən dünyasını dəyişib.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur