Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Ukraynada Zelenskinin dövrü başladı

Ukraynada Zelenskinin dövrü başladı

yüklənir...

Bu gün Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin inauqurasiya mərasimidir.

Andiçmə mərasimi saat 10:00-da Ali Radada başlayıb.

Mərasimdə Azərbaycanın Milli Məclisinin spikeri Oqtay Əsədov da iştirak edir. 

Tədbirə həmçinin, Latviya prezidenti Raymond Beyonis, Litva prezidenti Dalya Qribauskayte, Estoniya dövlət başçısı Kersti Kalyulayd, Gürcüstan prezidenti Salome Zurabişvili, Macarıstan prezidenti Yanoş Ader, Türkiyə vitse-prezidenti Fuat Oktay və digər ölkələrin rəsmiləri qatılıb.

Rusiya nümayəndə heyəti mərasimə dəvət edilməyib.

***

Zelenski Ali Radanın binasına piyada gəlib. O, saat 11:00-da and içərək xalqa bütün məsuliyyəti ilə, vicdanla xidmət edəcəyini bildirib.

***

Yeni prezident Ali Radanı buraxdığını və ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.

***

Mərasimdən sonra Zelenski prezident iqamətgahına yollanıb.

 







скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur