Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Eurovision” Netanyahunun təklifinə “yox” dedi

“Eurovision” Netanyahunun təklifinə “yox” dedi

yüklənir...

Avropa Yayım Birliyi (EBU) və  "Eurovision” rəhbərliyi müsabiqənin gələn il Qüdsdə keçirilməsinə razılıq verməyib. 

Müğənni Nettanın "Toy” mahnısı ilə qalib olmasından sonra ev sahibi İsrailin yarışmanı Qüdsdə keçirmək istəyi etirazlara səbəb olub və "Eurovision” təşkilat komitəsi və EBU təklifi müzakirəyə çıxarıb. 

Avropa Yayım Birliyi İsrailin bu təklifini rədd edərək "Eurovision”u başqa şəhərdə keçirilməsinin tərəfdarı olduğunu bildirib. "Müsabiqənin siyasi mübarizədə olan şəhərdə keçirilməsi mümükün deyil”- deyə təşkilat komitəsi açıqlamasında qeyd edib. 

 

Xatırladaq ki, "Netta, sən İsrailə böyük şöhrət gətirdin. Gələn il Qüdsdəyik!" -deyən İsrailin baş naziri Binyamin Netanyahu yarışmanın gələn il Qüdsdə keçiriləcəyinə vəd vermişdi.  


скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur