Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Belaruslu diplomat Ukraynadan QOVULDU - Casus QALMAQALI

Belaruslu diplomat Ukraynadan QOVULDU - Casus QALMAQALI

yüklənir...

Ukrayna Xarici İşlər Nazirliyi Belarus diplomatını arzuedilməz şəxs elan edib. Bu haqda Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Maryana Betsa söyləyib. Onun sözlərinə görə, bu addım rəsmi Minskin Ukraynanın Belarusdakı səfirliyinin müşaviri İqor Skvrotsovu arzuedilməz şəxs elan etməsinə cavab olaraq atılıb. "Ukraynanın Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipini rəhbər tutaraq bu qərarı qəbul edib", - o deyib. Betsa qeyd edib ki, belaruslu diplomat Ukraynanı artıq tərk edib.

Xatırladaq ki, İqor Skvrotsovu noyabrın 20-də Belarus tərəfindən arzuedilməz şəxs elan edilib. Belarus Dövlət Təhlükəsizlik Komitəsinin nümayəndəsi Dmitri Pobyarjinin sözlərinə görə, o, Belarusda agentura şəbəkəsi yaratmaqda ittiham olunan jurnalist Pavel Şaroykonun işi ilə bağlı diplomatik statusuna uyğun olmayan fəaliyyətdə ittiham edilib. Belarus Dövlət Təhlükəsizlik Komitəsinin nümayəndəsi jurnalist fəaliyyətinin İqor Skvortsov tərəfindən koordinasiya edildiyini bildirib: "O, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşıdır".

Qeyd edək ki, Ukrayna Milli Teleradio Şirkətinin əməkdaşı olan Pavel Şaroyko oktyabrın 25-də saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətindən onun Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu açıqlanıb. Publika.az UNİAN agentliyinə istinadən xəbər verir.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur