Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
İvana Trampın “birinci lediyəm” açıqlamasına - Melaniyadan cavab

İvana Trampın “birinci lediyəm” açıqlamasına - Melaniyadan cavab

yüklənir...

ABŞ prezidenti Donald Trampın eks-həyat yoldaşı İvana Tramp ölkənin birinci ledisi Melaniyanı qəzəbləndirən açıqlama verib.

Biznesvumen və keçmiş fotomodel olan İvana ABC telekanalına müsahibə verib. O, müsahibəsində yeni işıq üzü görəcək "Raising Trump” adlı kitabından danışıb. Daha sonra zarafatla özünü birinci ledi adlandırıb:

"Məndə Ağ Evin nömrəsi var, lakin ora zəng etmək istəmirəm. Çünki orada Melaniya var. Hər hansı qısqanclığın səbəbkarı olmaq istəmirəm. Axı mən bütün hallarda Trampın ilk arvadıyam, birinci lediyəm”. 

Melaniya Trampın mətbuat katibi isə cavab olaraq bildirib ki, Melaniya öz statusundan kitabını satmaq üçün deyil, uşaqlara yardım etmək üçün istifadə etmək niyyətindədir. İvana bununla sadəcə diqqət cəlb etməyə çalışıb. 

 



скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur