Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
BMT-yə qatil robot xəbərdarlığı

BMT-yə qatil robot xəbərdarlığı

yüklənir...

116 süni intellekt və robot mütəxəssisi BMT-yə müraciət edərək qatil robotların müharibə bölgəsində qadağan edilməsini istəyib. 

Təşkilata göndərilən məktubda müharibə bölgəsində istifadə edilən avtomatik silahların çox asanlıqla idarədən çıxa biləcəyi, yanlış insanların əlinə keçsə, çox sayda insanın ölümünə, dəhşətli terror hadisələrinə səbəb ola biləcəyi deyilir.

Barıt və nüvə silahından sonra müharibə sahəsində 3-cü inqilab hesab edilən süni intellekt texnologiyasının potensialı və səbəb ola biləcəyi fəlakətlər barədə BMT görüşlər təşkil edəcəyini açıqlayıb. Aralarında "SpaceX", "Tesla" şirkətlərinin sahibi olan mühəndis Elon Mask və "Google"un "DeepMind" süni intellekt şirkətinin müdiri Mahmud Süleymanın olduğu 116 nəfərlik qrup isə sadəcə görüşlərin təşkilini yox, tədbirlərin görülməsini də istəyir.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur