Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Evdən bayıra çıxmayaq, restoranlara getməyək” - Vitse-spiker

“Evdən bayıra çıxmayaq, restoranlara getməyək” - Vitse-spiker

yüklənir...

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin plenar iclasında koronavirusla bağlı məsələ müzakirə edilib. İclasda çıxış edən vitse-spiker Adil ƏIiyev yaranmış vəziyyətdən istifadə edərək təhlükəsizliyi qorumaq məqsədilə kişilərin  görüşərkən bir-biriylə öpüşməsinin qadağan edilməsini təklif edib. 

Bu məqamda A.Əliyevin mövzu ilə bağlı geniş çıxışını təqdim edirik:

"Koronavirus bəşəriyyət üçün həm böyük təhlükə mənbəyi, həm də bir sınaqdır. Təxminən hər yüz ildən bir bəşəriyyət oxşar virusla üzləşir. 3 ay əvvəl Çində başlayan epidemiya başqa qitələrdə və dövlətlərdə yaşayanları o qədər də narahat etmirdi, bir çoxları təhlükənin sovuşacağını düşünürdü. Bu gün isə mənzərə tamamilə fərqlidir, koronavirus az qala dövlətlərin tamamını öz cənginə alıb, hətta uzaq və qarlı Qrenlandiyada virusa yoluxan var. Azərbaycanda da virus aşkarlanıb. Panikaya əsas yoxdur. Sadəcə, laqeyd də qalmamalı, özümüzü və cəmiyyətimizi mövcud təhlükədən qorumağa çalışmalıyıq. Dövlətimizin gördüyü tədbirlərə tam dəstək verirəm. Özünü demokratiyanın beşiyi sayan Qərb dövlətləri belə insan azadlıqlarını müvəqqəti məhdudlaşdırmağa qərar veriblər. Önəmli olan insanların həyatını xilas etməkdir. Allaha şükür, Qərb dövlətlərindəki ağır vəziyyət Azərbaycanda müşahidə olunmur. Ancaq bu o demək deyil ki, narahat olmamalıyıq, əksinə yalnız preventiv tədbirləri gücləndirməklə koronavirus adlı təhlükədən qurtula bilərik. Buna görə də həm Milli Məclisin, həm də Nazirlər Kabinetinin həyata keçirdiyi tədbirlər dəstəklənməlidir. Lazım olmadıqca evdən bayıra çıxmayaq, restoran, çayxana və böyük dükanlara getməyək. Təəssüf ki, bəzi hallarda bunun tərsini müşahidə edirik.

 

Məsələn, Təhsil Nazirliyi məktəb və ali təhsil ocaqlarında tədrisə ona görə ara verib ki, övladlarımız evdən kənara çıxmasın. Ancaq hələ də "Mall”arda, çayxanalarda və "playstation”larda gənclərimizə rast gəlmək olur. Bir daha buradan gənclərə müraciət edirəm: lütfən, bir müddət bayıra çıxmağa, dostlarla müxtəlif məkanlara getmək vərdişinə ara verin! Çünki bununla ətrafınızdakıları da təhlükə altına atmış olursunuz! Koronavirusla bağlı toy və yas mərasimlərinin keçirilməsi qadağan olunub. Doğru qərardır. Hesab edirəm ki, hətta virus təhlükəsi tamamən sovuşduqdan sonra da bəzi alışqanlıqlarımıza son qoymalıyıq! Dəbdəbəli və israfçı toy və yas mərasimlərindən imtina etməyi zəruri sayıram. Bundan başqa, kişilərin bir-birləriylə qucaqlaşması (öpüşməsi) vərdişindən də qurtulaq! Qarşımızdakı əziz insandırsa, onunla çiyinlərimizi bir-birinə yaxılaşdırmaqla görüşək və s.! Bu arada, virusla mübarizədə yaşlı insanlarımız ən həssas qrup sayılır. Yaşlı insanlarımızı qorumalıyıq! Bu məqsədlə seçildiyim dairədə həmişə olduğu kimi, Novruz bayramında evlərə çatdırmaqla yaşlı nəsilə ərzaq dəstəyimizi əsirgəməyəcəyik. Bununla bərabər, onun üzərində də düşünmək lazımdır ki, indiki həssas məqamda yaşlı insanlara daha hansı yardımı və dəstəyi edə bilərik? Koronavirusla bağlı bir çox ölkələrdə marketlərdən ərzağın evə çatdırılması xidməti işə düşüb. Azərbaycanda da bu haqda müzakirələr başlayıb. Aydındır ki, hər şəhərdə, hər rayonda, hər küçədə və hər binada yaşlı insanlara marketlərdən ərzağın çatdırılması həmin marketdə çalışanların imkanı xaricindədir. Hələ ki, bu işlə peşəkar səviyyədə məşğul olan şirkətlərimiz də çox deyil. Belə isə biz bu işə gəncləri səfərbər edə bilərik. Onsuz da dərslərə ara verilib. Dövlət başçısının 2020-ci ili "Könüllülər ili” elan etdiyini nəzərə alaraq, hazırki həssas məqamda könüllülər qrupunun yaradılması məqsədəuyğun olardı. Həmin könüllülər marketlərdən, o cümlədən aptektlərdən ərzaq mallarının və dərmanların yaşlı insanlara çatdırılmasını təmin edə bilərlər. Əvvəldə yazdığım kimi, koronavirus hamı kimi bizim üçün də sınaqdır və bu sınaqdan dövlətimizin və millətimizin üzüağ çıxacağına əminəm”.

 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur