Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Dövlət bu hallarda vətəndaşa 210 AZN pul ödəyir - ŞƏRTLƏR

Dövlət bu hallarda vətəndaşa 210 AZN pul ödəyir - ŞƏRTLƏR

yüklənir...

Son vaxtlar ünvanlı dövlət sosial yardımın verilməsinda qarşılaşan problemlərlə bağlı redaksiyamıza çoxsaylı müraciətlər daxil olur.

Daxil olan müraciətlərin çoxunda sosial yardımın verilməsilə bağlı müraciətlərə imtina edilməsindən şikayətlənirlər.

Belə şikayətçilərdən biri də Minəxanım Rəhimovadır. M.Rəhimova deyir ki, yardım almaq üçün müraciət etsə də, ona imtina ediblər.

İmtina sənədində bir neçə səbəb göstərilib. Səbəblərdən biri də, ailə üzvlərindən birinin gəlirinin tam göstərilməməsidir.

Eyni zamanda, ailə üzvlərindən birinin telefon nömrəsi çoxdur və ay ərzində bu nömrələrə vurulan pullar minimal həddi keçir.

Bu tipli şikayətlərin çoxundan belə başa düşülür ki, ünvanlı dövlət sosial yardımın verilməsi və verilmə şərtləri bəzi vətəndaşlar tərəfindən tam başa düşülmür.

Bu səbəbdən də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov BAKU.WS-ə açıqlamasında bildirdi ki, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

Qeyd edək ki, hazırda ehtiyac meyarının həddi 160 manat təşkil edir.

Nə zaman ailəyə ünvanlı dövlət sosial yardım verilir?

• Şəxsin əlil olması;

• Şəxsin əmək pensiyaçısı olması;

• əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi;

• ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması;

• Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında və ya "DOST” mərkəzində dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması;

• ailə üzvünün vəfat etməsi;

• ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi;

• ailə üzvünün azadlıqdan məhrum edilməsi;

• ailə üzvünün olduğu yerin məlum olmaması.

Ailənin əmək qabiliyyətli üzvü yuxarıda qeyd olunan səbəblər istisna olmaqla, digər səbəblərdən işləmədikdə, həmin ailəyə yardım təyin edilmir.

Sosial yardım təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır:

• - Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları

• - əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla)

Daşınan və daşınmaz əmlak məsələsi ilə bağlı isə bildiririk ki, "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.7.7.–ci bəndinə əsasən, ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda və 3.7.4. –cü bəndinə əsasən, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla), sosial yardımın təyin olunmasından imtina edilir.

Qeyd edək ki, sosial yardımın orta aylıq məbləği 210 manatdan başlayır. Bu məbləğ yaşayış meyarına görə arta da bilər. 


скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur