Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Daha bir gənc kadr yüksək vəzifəyə təyin olundu

Daha bir gənc kadr yüksək vəzifəyə təyin olundu

yüklənir...

Gənclər və İdman Naziri Azad Rəhimovun müvafiq əmri ilə Qaradağ Gənclər Evinin direktoru Pərvin Qasımov vəzifəsindən azad edilib, digər əmrlə yerinə Natiq İmanov təyin edilib.

 

Qeyd edək ki, Natiq İmanov uzun illər gənclər sektorunun fəal iştirakçısı olub. N. İmanov 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakultəsini fərqlənmə diplomu ilə bitirib. Hərbi xidmətdən sonra təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında gənclər siyasəti və sosial sferada idarə etmə ilə bağlı müxtəlif ixtisas artırma kursları ilə davam etdirib.

  

Əmək fəaliyyətinə ADİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini kimi başlayan N. İmanov sonralar Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

  

Gənclər sektorunda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, İRƏLİ İctimai Birliyi və YAP Gənclər Birliyi kimi ölkənin öndə gələn gənclər təşkilatlarında fəaliyyət göstərib, müxtəlif layihələrin müəllifi və təşkilatçısı qismində təmsil olunub. N.İmanov layihələrin idarə edilməsi ilə bağlı bir çox yerli və beynəlxalq təlim proqramlarının məzunudur.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur