Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
İctimai nəqliyyatda gediş haqqı bu tarixdə bahalaşacaq – EKSPERTDƏN AÇIQLAMA

İctimai nəqliyyatda gediş haqqı bu tarixdə bahalaşacaq – EKSPERTDƏN AÇIQLAMA

yüklənir...

"Parlament seçkilərindən sonra dizel yanacağı və gediş haqlarının qiymətinin bahalaşması ehtimalı yüksəkdir”.

 

Sfera.az-a açıqlamasında bu sözləri 28 May-Lökbatan istiqamətində hərəkət edən 125 saylı marşurut avtobusunda gediş haqqının 35 qəpikdən 40 qəpiyə qaldırılması fonunda yaxın günlərdə ictimai nəqliyyatda gediş haqlarının artırılıb, artırılmayacağı məsələsinə aydınlıq gətirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.


Onun sözlərinə görə, ictimai nəqliyyatda gediş haqlarının tənzimlənməsilə Tarif Şurası məşğul olmalı olsa da, görünən odur ki, bu qurumu saya salan yoxdur: "İctimai nəqliyyatda gediş haqqını tənzimləyən qurum Tarif Şurasıdır. Amma nədənsə, Tarif Şurasının qərarı olmadan da bu istiqamətdə qərarların verilməsinə başlanılıb. Ona görə bəzi marşurutlarda qiymətin bahalaşdırılmasının legitimliyi də sual altındadır və bahalaşma səbəblərinə izah verilməlidir. Həm metro, həm də şəhər nəqliyyatında gediş haqqının artırılması ilə bağlı ümumiyyətlə son illər çoxsaylı açıqlama və söh-söhbətlər olub və olmaqda davam edir. Metropoliten rəhbərliyi daşınmanın maya dəyərinin yüksək olduğunu deyir. Avtobuslarla daşınmada da maya dəyərinin yüksək olduğu qeyd olunur”.


Ekspert bildirdi ki, 125 saylı marşurutda gediş haqqının bahalaşması yaxın dövrdə bu istiqamətdə növbəti addımların atılacağının ilkin işartısı sayıla bilər. Ancaq bununla belə, N. Cəfərli düşünür ki, gediş haqlarının artırılması istiqamətində əsas addımlar növbədənkənar parlament seçkilərindən sonra baş verəcək: "Bu mənada hazırda bəzi marşurutlarda gediş haqqının artırılmasına gedilməsi ola bilsin, gələcəkdə nəqliyyat sferasında qiymət artımına gediləcəyi ehtimalının yüksək olmasının ilkin göstəricidir. Amma hazırkı situasiyada sərnişin nəqliyyatında qiymət artımına gedilməsinə maneə olan bir amil var, o da ölkənin növbədənkənar parlament seçkilərinə getməsidir. Bu mənada seçkilərə qədər hansısa bir istiqamətdə, o cümlədən ictimai nəqliyyatda qiymətlərin bahalaşacağını düşünmürəm. Amma seçkidən sonra nəqliyyatda və digər sahələrdə qiymət artımı ilə bağlı qərarların verilmə ehtimalı yüksəkdir. Seçkidən sonra dizel yanacağının qiymətində və nəqliyyatda gediş haqqının yüksəlməsi gözləniləndir”.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur