Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
ATV-nin aparıcısı dövlət qurumunda vəzifəyə təyin olundu

ATV-nin aparıcısı dövlət qurumunda vəzifəyə təyin olundu

yüklənir...
ATV telekanalının aparıcısı, tanınmış jurnalist Ceyhun Səfərov efirdən gedib.

Ötən gün kanalın Xəbərlər Departamentinin işçiləri ilə keçirilən yığıncaqda Ceyhun Səfərova "Azad Azərbaycan” MTRK-nın rəhbərliyinin təşəkkürnaməsi verilib. Telekanalın rəhbəri Azər Xəlilov Ceyhun Səfərovun mühüm dövlət qurumlarından birində xidmətə başlayacağını bildirib.

Ceyhun Səfərov ATV-də qazandığı bilik və bacarıqlarının bundan sonrakı işində də rol oynayacağına əminliyini vurğulayıb. O, özünü daim ATV-nin aparıcısı kimi hiss edəcəyini, harada çalışmağından aslı olmayaraq onların hörmət və ehtiramını hər zaman doğruldacağını bildirib.

Yığıncaqda aparıcının ATV ilə əlaqələrinin bundan sonra da davam edəcəyi rəhbərlik tərəfindən vurğulanıb.

Qeyd edək ki, 2003-cü ildən telekanalda çalışan Ceyhun Səfərov jurnalist karyerasına Gəncə bürosunda müxbir kimi başlayıb, sonra redaktor assistenti, redaktor və aparıcı vəzifələrində çalışıb.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur