Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Bayram namazını bu məsciddə də qılmaq olacaq

Bayram namazını bu məsciddə də qılmaq olacaq

yüklənir...

Ramazan bayramı münasibətilə Heydər məscidində bayram namazı ayın 5-də saat 08:30-da qılınacaq.

Bu barədəməscidin imamı Hacı Rüfət Qarayev bildirib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən açıqlamaya görə, bayram namazı "Əjdərbəy” məscidində saat 8:00, "Təzə Pir”-də isə 9:00-da qılınacaq.

Məscidlərdə namaz saatlarının fərqli olmasına gəlincə isə, QMİ-dən bildirilib ki, orucunu tamamlamış, bayrama çatmış bir insanın bayram namazını qılması müstəhəbdir, yəni vacib deyil: "Ramazanı tamamlamış insan bayram günü namaza qatıla bilər. Amma bayram günü namazı nə vaxt qılmaq olar? Yaxud da bir-iki saat fərqlə qılmaq olarmı? Yəni onun məxsusi vaxtı yoxdur. Gün çıxandan sonra Zöhr namazına qədər bayram namazı qılına bilər. Deyək ki, günün çıxması saat 6:00-dırsa, bayram namazı bu saatdan başlayaraq saat 13:00-a qədər qılınmalıdır”.

Namazın müxtəlif saatlara təyin olunmasını isə QMİ, insanların namaza rahat qatılması, iştirak edə bilməsi ilə izah edib.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur