Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Məni sevdiyim peşəmdən məhrum etdilər”

“Məni sevdiyim peşəmdən məhrum etdilər”

yüklənir...

Vəkillər Kollegiyası üzvlüyündən çıxarılması barədə qərar qəbul edilən İradə Cavadova rəhbərliyə açıq məktub ünvanlayıb.

 İ.Cavadova bildirib ki, iyunun 11-i saat 18:30-da Kollegiyanın Rəyasət Heyəti tərəfindən təcili iclasa çağırılıb: "Həmin iclasda Vəkillərin İntizam Komissiyasının üzvü Şahlar Məmmədov, vətəndaş K.Mürsəlovanın şikayətini əsas gətirərək bütün sübutlara toxunmayaraq məruzə etdi və barəmdə heç bir sübuta söykənməyən qərəzli rəy təqdim etdi. Bunun əsasında Rəyasət Heyyətinin üzvləri 2005-ci ildən indiyə qədər bir dəfə də olsun barəmdə hər hansı bir intizam tanbehi olmadığı halda, barəmdə əsassız və qərəzli qərar qəbul edərək məni sevdiyim peşəmdən məhrum etdilər.

Hesab edirəm ki, barəmdə toplanmış materiallar Rəyasət Heyətinin və Vəkillərin İntizam Komissiyasının üzvlərinin hamısına təqdim edilməyib. Belə ki, iclas iştirakçılarının mənə verilən suallarından bu açıq-aydın görünürdü. Yetərincə qədər sübutlarımın olmasına baxmayaraq, Rəyasət Heyətinin üzvləri dəlillərimi qəbul etmədi və barəmdə yekdilliklə əsassız qərar qəbul etdi.

Odur ki,barəmdə toplanmış materialları Rəyasət Heyətinin və Vəkillərin İntizam Komissiyasının bütün üzvlərinə təqdim edilməsini və həmin sənədlər əsasında yenidən obyektiv qərar qəbul edilməsini tələb edirəm”.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur