Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Hacı Beyləqanski” qadın təcridxanasına köçürüldü

“Hacı Beyləqanski” qadın təcridxanasına köçürüldü

yüklənir...

"Hacı Beyləqanski” kimi tanınan kriminal avtoritet Hacıbaba Talıbxanlı Moskvanın qadınlar üçün nəzərdə tutulmuş yeganə istintaq təcridxanasına köçürülüb.

Buna səbəb kimi hüquq-mühafizə orqanları "qanuni oğru”nun kişi türməsində mümkün qisasdan qorunmasının vacibliyini göstəriblər.

 

Mənbə bildirir: "Bir tərəfdən, bunu ona görə edirlər ki, operativ vəziyyət gərginləşməsin – "Hacı Beyləqanski”nin məhbəs mühitindəki statusu barədə ziddiyyətlər istənilən türmədə yaranacaq, bircə qadın türməsindən başqa. Digər tərəfdən, onun şəxsi təhlükəsizliyi vacibdir. Hazırda onun həyatına istənilən yerdə böyük təhlükə mövcuddur”.

Xatırladaq ki, "Hacı Beyləqanski” ləqəbli kriminal avtoritet Hacıbaba Talıbxanlı barəsində Cinayət Məcəlləsinin 105.1 (qətl) və 105.2 (iki və daha çox insanın qətli) maddələri üzrə cinayət işi qaldırılıb.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur