Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Vaqif Əsədov:

Vaqif Əsədov: "Zaur Kamal təqdirəlayiq iş görür" - AÇIQLAMA

yüklənir...
Xəzər TV-də yayımlanan "5/5" verilişində aparıcı Zaur Kamalın qonaq çağırdığı sənət adamlarının yol hərəkətini pozması ilə bağlı məlumatları efirdə səsləndirməsi birmənalı qarşılanmayıb. Belə ki, aparıcının qonaq çağırdığı sənətçilərin harda nə vaxt yol hərəkətini pozması ilə bağlı məlumatları alması müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri, həmçinin media nümayəndələri polislərin fərdin şəxsi məlumatlarını kənara verməsinin düzgün olmadığını bildiriblər. Mövzu ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxladıq. Vaqif Əsədov bildirdi ki, Zaur Kamalın etdiyi təqdir olunmalıdır: "Yol hərəkəti haqqında qanunun tələblərini pozan hər kəs kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb olunur. Zaur Kamal da bunu yayımlamaqla əslində çox nümunəvi bir iş görür. Göstərir ki, həqiqətən də kimliyindən, vəzifəsindən, sosial statusundan asılı olmayaraq heç kimə güzəştə getmirik. Mən şəxsən onun bu addımını təqdir etdim. Gözəl təbliğatdır. Ancaq bildirmək istəyirəm ki, aparıcıya sənətçilər haqqında məlumatları biz verməmişik. Hardan, necə əldə edib heç bir məlumatım yoxdur".
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur