Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Xədicə İsmayılın ölkədən çıxışına icazə verilmədi

Xədicə İsmayılın ölkədən çıxışına icazə verilmədi

yüklənir...

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qoyulna məhdudiyyətin götürülməsi ilə bağlı müraciət əsasında Binəqədi rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qüvvədə saxlanılıb və X.İsmayılın ölkədən çıxışına icazə verilməyib.

Qeyd edək ki, Onu da qeyd edək ki, Xədicə İsmayıl jurnalist Tural Mustafayevin özünü öldürmə həddinə çatdırmada şübhəli bilinərək həs edilib. Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, ona Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə bəraət verilsə də, digər maddələr üzrə 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə X. İsmayılovanın cəzasını 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.

Sonradan Xədicə İsmayıl Cinayət Məcəlləsinin 192-ci maddəsi üzrə işə xitam verilməsini istəyib. Məhkəmə onun barəsində seçilmiş cəza müddətini 3 il 6 aydan 2 il 3 aya qədər azaldıb.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur