Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Xəbər Lenti
MTN-nin soyduğu qaçaqmalçı: “Maqnit” xalqı belə soyur - Şok faktlar

MTN-nin soyduğu qaçaqmalçı: “Maqnit” xalqı belə soyur - Şok faktlar

yüklənir...
"Maqnit” mağazalar şəbəkəsi xalqı soymaq və qaçaqmal yolla gətirdiyi malları baha qiymətə sırımaq işini davam etdirir
MTN bandası şirkət rəhbəri Seymur Abdullayevi soyub. 

Onun ölkəyə qaçaqmal gətirməsinə göz yummaq üçün sahibkardan 250 min manat alınıb. O dövrdə MTN çetesi bu işi rəsmiləşdirməyib və pul alaraq məsələni bağlayıb. 

Amma biznesmenin qaçaqmal yolla bu malları necə gətirməsi, indinin özündə də qanunsuz fəaliyyətini davam etdirib-etdirmədiyi açıq saxlanıb. Məlumatda deyilir ki, "Maqnit” sahibinin bu əməllərini araşdırmağa zərurət var. 

Çünki Seymur Abdullayev ifadəsində qaçaqmal gətirdiyini təsdiqləyib. Təbii ki, MTN bandasının qanunsuz əməli ortadadır və iş adamının soyulması faktdır. 

Amma S.Abdullayevin də qaçaqmal gətirdiyi və vətəndaşlara baha qiymətə satdığı bir başqa reallıqdır. Hər halda onun əməlində qanunsuzluq olduğunu özü də etiraf edib. Ona görə də bu faktın araşdırılmasına zərurət var. 

"Magnit” mağazalar şəbəkəsində vətəndaşları açıq-aşkar soyurlar. İndiyədək "Magnit”dəki maliyyə fırıldaqları və onun keyfiyyətsiz məhsullar satması ilə bağlı redaksiyamıza xeyli şikayət daxil olub. 
Bu şəbəkə vətəndaşları az zaman içərisində aldadaraq tora salır. Müəyyən kampaniyalar adı altında vətəndaşları özlərinə cəlb etməyə nail olurlar. Qeyd edək ki, "Ekpress kredit" və "Maqnit" eyni şəbəkədir.

Xüsusilə də reklamlar vasitəsilə istehlakçıların hüquqlarını pozurlar. Bu şəbəkə tək şəxsiyyət vəsiqəsilə hər kəsə imkan yaradır ki, oradan kreditlə mal götürsün. İşləyən və işləməyən bütün vətəndaşlar üçün isə bu əlverişli hesab olunur. 

Vətəndaş məhsulun qiymətinin baha olub-olmamasını, eyni zamanda hansı keyfiyyətə malik olması barədə düşünmədən "Maqnit" Mağazalar Şəbəkəsinin müştərisinə, eyni zamanda qurbanına çevrilir. 500 manatlıq məhsul müştəriyə 1000 manata başa gəlir. Halbuki istintaqdan məlum olur ki, o mallar qaçaqmal olub. 

2015-ci ildə "Maqnit” rəhbəri MTN tələsinə düşüb. Özünü MTN-in şöbə rəisi N.Alıyev kimi təqdim edən şəxs onu nazirliyə çağırıb: "Əvvəllər MTN-lə heç bir münasibətim olmayıb.

Lakin 1992-1994-cü illər ərzində Daxili İşlər Nazirliyinin Narkomaniya və Narkobiznesə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyim zaman oranın rəisi Eldar Mahmudov olduğundan, Akif Çovdarovu və Hilal Əsədovu çox yaxşı tanıyırdım. 

Təxminən 4-5 gündən sonra Natiq Alıyev mənə yenidən zəng edərək MTN-ə gəlməyimi istədi. Onunla başqa yerdə - MTN-in binasının yanında olan ”Sultan” kafesində görüşməyə razılaşdım. 

O, nazirliyin 4-cü Baş İdarəsinin üzərinə ciddi tapşırıqlar qoyulduğunu bildirərək, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin müəyyən miqdarda MTN-ə pul verməli olduğunu söylədi. 

Natiq Alıyevin dedikləri ilə razılaşmadım. Lakin sonradan ondan hansı miqdarda pul verilməli olduğu barədə soruşdum”.

S.Abdullayevin sözlərinə görə, N.Alıyev onun 500 min manat məbləğində pul verməli olduğunu deyib: "Həmin məbləğlə razlılaşmadım və ona 50 min manat pul təklif etdim. 

Bundan sonra Natiq Alıyev mənə hədə-qorxu gələrək qaçaqmalçılıq yolu ilə ölkəyə mal gətirdiyimi, 500 min manat məbləğində pul verməli olduğumu, verməyəcəyim təqdirdə problem yaradacağını, mağazalarımı bağlayacağını söylədi. 

Bu barədə vaxt istədim. Bir qədər sonra Natiq Alıyevə zəng vurub, 250 min manat verəcəyimi bildirdim. O da buna razı oldu”.

Politika.Az

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur