Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Arzu Bəndəliyev icra başçısına hesab verib? - Birlik rəisi Asif Ağayevlə anlaşdığını deyir

Arzu Bəndəliyev icra başçısına hesab verib? - Birlik rəisi Asif Ağayevlə anlaşdığını deyir

yüklənir...

Kommunal Müəssisələr Kombinatı müdirinin oğlu instaqram səhifəsində atasının pullarını necə xərclədiyini paylaşır - FOTOLAR

Prezident İlham Əliyev tərəfindən Beyləqan rayonuna icra başçısı təyin edilən Asif Ağayevin islahatları davam edir. Ötən həftə icra başçısının Beyləqan şəhər meri Bakir Balakişiyevi vəzifəsindən uzaqlaşdırması ilə bağlı məlumatlar yayıldı. Saqiq icra başçısı Vaqif Abdullayevin dövründə bütün korrupsiya işlərinə bulaşmış Bakir Balakişiyevin işdən çıxarılacağı əvvəlcədən gözlənilən idi. 

Beyləqandan Doğruxeber.com-a daxil olan məlumata görə işdən çıxarılacaq məmurlardan biridə rayon Kommunal Müəssisələr Kombinatının müdiri Arzu Bəndəliyevdir. Vaqif Abdullayevin dövründə adı çəkilən müəsissəyə müdir təyinatı alan Arzu Bəndəliyevin çoxlu sayda korrupsiya faktlarında çəkilir. İdarə müdiri təyin edilməmişdən öncə maddi sıxıntılar içində üzən Arzu Bəndəliyev Kommunal Müəssisələr Kombinatının rəhbəri vəzifəsinə keçdikdən sonra "kiçik oliqarx"a çevrilib desək heçdə yanılmarıq. 

Məhz Kommunal Müəssisələr Kombinatının müdiri təyin edildikdən qısa vaxt sonra Arzu Bəndəliyev evini sıfırdan təmiri üçün 50 min manat, Bakıda mənzil almaq üçün 60 min manat, oğluna avtomobillər hədiyyə etmək üçün 30 min manat xərclədi. Arzu Bəndəliyevin qısa müddət ərzində bu qədər pulu necə əldə etməsinin izahını belə verə bilərik ki, Kommunal Müəssisələr Kombinatı müəsissəsi Beyləqan rayonunda əsas korrupsiya yuvasına çevrilib. Belə ki, adı çəkilən müəsissədə 200 yaxın şəxsin adı işçi kimi qeydiyyatdadır. Ancaq hazırda Beyləqan Kommunal Müəssisələr Kombinatında cəmi 50-ə yaxın şəxs əmək haqqı alır.Yəni yerdə qalan 150-yə yaxın çəxsin əmək haqqısı mənimsənilir. Bu isə o deməkdir ki, hər ay Arzu Bəndəliyevin idarəsində 15 min manatdan çox silinir. Bildirək ki, hər ay silinən 15 min manat vəsaitin 10 min manatı sabiq icra başçısı Vaqif Abdullayevə, yerdə qalan 5 (BEŞ) min manatı isə Arzu Bəndəliyevə çatırdı. 

Doğruxeber.com-a daxil olan məlumatda qeyd edilir ki, Arzu Bəndəliyevin digər maxinasiyası isə Beyləqan şəhər vətəndaşlarından hər ay yığılan 2 (iki) manat zibil puludur. Beyləqan şəhərində ümumilikdə 4 (dörd) mindən çox ev var və hər ay ən azı 3000 (üç) min evdən 2 (iki) manat vəsait yığılır ki, buda ayda 6 (ALTI) min manat edir. Məlumata görə müəsissənin hesabına hər ay yığılan 6 (ALTI) min manat vəsaitin 3 (ÜÇ) min manatını Arzu Bəndəliyev mənimsəyir. 

Doğruxeber.com-a verilən məlumatda bildirilir ki, Asif Ağayev Beyləqana icra başçısı təyin edildikdən sonra işdən çıxarılacaq məmurlar siyahısında Arzu Bəndəliyevində adı var idi. Məhz buna görə idarə müdiri qorxuya düşmüşdü və ciddi şəkildə təşviş içində idi. Ancaq saytımıza daxil olan məlumata görə son günlər Beyləqan Kommunal Müəssisələr Kombinatı müdirinin kefi kökəlib, üzü gülümsəməyə başlayıb. Belə ki, Arzu Bəndəliyev yaxın ətrafına deyib ki, icra başçısı Asif Ağayevlə onun münasibətlərini düzəlib. İdarə müdirinin ailəsindən olan başqa bir şəxs isə kiçik bir məclisdə yaxınlarına deyib ki, Arzu Bəndəliyev başçının hesabın artıq verib və o Kommunal Müəssisələr Kombinatının müdiri vəzifəsində qalacaq. 

Doğruxeber.com-un apardığı başqa bir araşdırmada məlum oldu ki, Arzu Bəndəliyevin oğlu Zakir Bəndəliyev sözün əsl mənasında oliqarx oğlanları kimi yaşam həyatı sürür. Belə ki, idarə müdirinin oğluna məxus instaqram səhifəsində onun avtomobillərinin və atasından aldığı dövlətin PULLARını Bakıda və digər rayonların istirahət mərkəzlərində, gecə klublarında necə xərcləməsi açıq-aşkar görünür. Görünür Beyləqan Kommunal Müəssisələr Kombinatını korrupsiya yuvasına çevirən Arzu Bəndəliyev yeni icra başçısı Asif Ağayevlə anlaşmaqla hələ daha çox DÖVLƏTİN və XALQIN pullarını mənimsəmək niyyətindədir.

 

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

 Arzu Bəndəliyev icra başçısına hesab verib? - Birlik rəisi Asif Ağayevlə anlaşdığını deyir
Arzu Bəndəliyev icra başçısına hesab verib? - Birlik rəisi Asif Ağayevlə anlaşdığını deyir
Arzu Bəndəliyev icra başçısına hesab verib? - Birlik rəisi Asif Ağayevlə anlaşdığını deyir
Arzu Bəndəliyev icra başçısına hesab verib? - Birlik rəisi Asif Ağayevlə anlaşdığını deyir
Arzu Bəndəliyev icra başçısına hesab verib? - Birlik rəisi Asif Ağayevlə anlaşdığını deyir
Arzu Bəndəliyev icra başçısına hesab verib? - Birlik rəisi Asif Ağayevlə anlaşdığını deyir
Arzu Bəndəliyev icra başçısına hesab verib? - Birlik rəisi Asif Ağayevlə anlaşdığını deyir
Arzu Bəndəliyev icra başçısına hesab verib? - Birlik rəisi Asif Ağayevlə anlaşdığını deyir
Arzu Bəndəliyev icra başçısına hesab verib? - Birlik rəisi Asif Ağayevlə anlaşdığını deyir
 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur