Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Heydər Əliyev Fondunun nümayəndələri Cəlilabadda

Heydər Əliyev Fondunun nümayəndələri Cəlilabadda

yüklənir...

Heydər Əliyev Fondunun və Fondun təsis etdiyi "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) nümayəndələri Cəlilabad rayonunda bir sıra görüşlər keçiriblər. Daxil olan məlumata görə, Fondun nümayəndələri əvvəlcə Cəlilabad rayonunda əlillər üçün tikilmiş yaşayış binasında olublar. Fondun icraçı direktoru Anar Ələkbərov əlillər üçün inşa olunmuş yaşayış binasının birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə əsaslı təmirinə başlanıldığını bildirib və binanın qısa bir zamanda istifadəyə veriləcəyini deyib. 

Daha sonra Cəlilabad rayon Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirilib. 

 

Qeyd edək ki, əhali ilə daha sıx ünsiyyətdə olmaq məqsədi ilə "Reginal İnkişaf" İctimai Birliyinin regional nümayəndəlikləri yaradılıb. Hazırda RİİB-in Dağlıq Şirvan, Quba-Xaçmaz, Lənkəran, Aran 1, Aran 2, Şəki-Zaqatala, Gəncə-Qazax və Yuxarı Qarabağ regionlarında nümayəndəlikləri fəaliyyət göstərir.

Cəlilabad rayonu Lənkəran regional nümayəndəliyə daxildir. Nümayəndələr Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində fəaliyyət göstərir.

 

 







скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur