Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Gəncədə qeyri-adi aksiya: Siqaretin əvəzinə alma verirlər (VİDEO)

Gəncədə qeyri-adi aksiya: Siqaretin əvəzinə alma verirlər (VİDEO)

yüklənir...

"ASAN Könüllüləri" Təşkilatının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi "Könüllülər Yurdu-Azərbaycan" layihəsi davam edir. 

ARB TV-yə istinadla xəbər verir ki, könüllülərin növbəti toplantısı Gəncədə olub. 

Nizami yurdunda gənclər "Siqaret alma, alma al" devizi altında maraqlı bir aksiya da keçiriblər. 

Yol Hərəkəti Qaydaları", "Heyvanların qorunması", "Kitab oxuma", "Hüquqi maarifləndirmə", "Siqaretə qarşı mübarizə", "Kitab mübadiləsi","Ətraf mühitin təmizlənməsi", "Bərpa işləri" - layihə çərçivəsində bu adlar altında aksiyalar təşkil olunur. 

Məqsəd gəncləri maarifləndirilmək, onların şəxsi inkişafını stimullaşdırmaq, könüllülük hərəkatının daha da genişlənməsinə nail olmaqdır. 

Bu gün Gəncə şəhərindəki Xan bağında isə ASAN könüllüləri layihə çərçivəsində maraqlı bir aksiya keçiriblər. "Siqaret Alma, Alma Al" devizi altında təşkil olunan aksiyada məqsəd adında da məlum olduğu kimi insanları zərərli vərdişdən qurtulmağa sövq etməkdir. 100 dən artıq könüllünün qatıldığı aksiyada, siqaretdən istifadə edən şəhər sakinlərinə alma verib, əvəzində əllərindəki siqareti alıblar. 

Ölkənin 24 şəhər və rayonunu əhatə edən "Könüllülər Yurdu-Azərbaycan" layihəsinə Bakıdan start verilib. Avqustun 25-də Qəbələdə isə layihə başa çatacaq. 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur