Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Yardımlıda “saray çevrilişi”nə hazırlaşan oliqarx: Mahir Mirzəyevin ağlasığmaz sərvəti

Yardımlıda “saray çevrilişi”nə hazırlaşan oliqarx: Mahir Mirzəyevin ağlasığmaz sərvəti

yüklənir...
Son günlər ölkə mətbuatında Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovla bağlı bir çox şikayət məktubları dərc olunur. Bu məktubların əksəriyyəti mediaya bilərəkdən və məqsədli şəkildə sızdırıldığı məlum olub. Belə ki, mediada yer alan və rəsmən təkzib olunmayan məlumatlara əsasən bildirir ki, başçı Ayaz Əsgərovu dayanmadan mediada "vurduran” şəxsin məhz onun müavini Mahir Mirzəyevdir:”M.Mirzəyevin kurasiyasında olan saytlar Ayaz Əsgərova qarşı açıq savaş elan edib. "Yardımlı birinciliyi” uğrunda mübarizəyə qalxan Mahir Mirzəyev, onsuz da rayonu idarə edən əsas şəxslərdən biridir. Onun çoxsaylı qohumları rayondakı bir çox vəzifələri işğal edib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Mahir Mirzəyevin əmisi oğlu Elçin Mirzəyev Yardımlı RİH başçısının digər müavinidir. Mahir Mirzəyevin digər qohumları da vəzifələrdə çalışır. Özünün yaxın çevrəsinə bildirib ki, yaxın günlərdə Yardımlının icra başçısı özüm olacam.M.Mirzəyevin komandası da tam hazır vəziyyətdədir. Onu da qeyd edək ki, Mahir Mirzəyev daha öncələr başçının birinci müavini vəzifəsi uğrunda Ayaz Əsgərova sadiq bilinən birinci müavin Azər Xamiyevə qarşı savaş açıb. İndi isə Mirzəyev icra başçısı olmaq sevdasına tutulub. Bu səbəbdən də söz sahibi olduğu saytlar üzərindən Ayaz Əsgərovu "vurdurur”.
Mahir Mirzəyevin rayonda malik olduğu kapital haqda da mediada iddialar səsləndirilib ki, cumhuriyyet.net olaraq həmin məlumatı da olduğu kimi diqqətinizə çatdırırıq:
1. Rayon mərkəzində sovet dönəmində "Universam” kimi fəliyyət göstərən sonradan "Şəhriyar” şadlıq evi olanda Suleyman Mikayılov İcra Başçısı işlədiyi dövrdə özəlləsdirilir və cox qalmaqallı prosesdən sonra Mahir Mirzəyevin xüsusi mülkiyyətinə daxil olur.
2. Rayonun cıxış hissəsində yanacaqdoldurma məntəqəsi – sürücüsünün qardaşı işlədir.
3. Rayon mərkəzində kohnə maliyyə binasınin yerı.
4. Rayon Meşə idarəsi bu günə kimi icarə formasında binada oturur. Həmin binanın sahibi də Mahir Mirzəyevindir. Şəxsən dayısının adına sənədləşdirib və meşə idarəsindən hər ay kirə haqqı alır.
5. Rayonun Avaş kəndi yaxınlıgında iri qoyunçuluq və maldarlıq ferması.
6. Rayonun Deman kənd ərazisində 100 hektarlarla yararlı torpaq sahəsi var ki orda da bugda və arpa əkini ilə məşguldu.
7. İki şadman tipli kamaz, KON tipli texnika və xırda belarus var ki rayonda tikinti işlərinə cəlb edib icarə haqqı alır.
8. Rayon musiqi məktəbinin köhnə binasının yeri
9. Keçən il inşasına başladıgı artıq bitmək üzrə olan villa. Həmin villanın çardagı belə yüz minə dəyər nəinki evin qiyməti.
10. Dəyəri 100 min manata olan Land Qruzer markalı şəxsi avtomobil və s.
Araşdırmamız davam edir. Və yaxın günlərdə Mahir Mirzəyevlə bağlı yeni məlumatları dərc edəcəyik.
P.S. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur