Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
Xəbər Lenti
Şamaxıda saray çevrilişi: başçının iki müavini arasında savaş alovlandı - Təfərrüat

Şamaxıda saray çevrilişi: başçının iki müavini arasında savaş alovlandı - Təfərrüat

Şamaxıda icra başçısının iki müavini arasında qovğa qızışıb

Bu barədə Politika.Az-a icra hakimiyyətindəki mənbələrdən sızan xəbərdə iddia olunur. 

Deyilənə görə, başçının müavinləri - Qasım Qasımovla Ağamustafa Vahidov arasında nüfuz savaşı alovlanıb. Q.Qasımovun rayonda hegemonluq etməsi və özünü icra başçısı kimi aparması A.Vahidov tərəfindən hiddətlə qarşılanıb. 

Vahidov nəhayət ki, Qasımovla qırğına çıxıb. Kübar xasiyyətli və xaraktercə təmkinli, sakit insan olan icra başçısı Asif Ağayev isə baş verənləri müşahidə edir. Mənbə icra başçısının müavinlərin qırğınına qarışmadığını iddia edir. 

A.Vahidov Q.Qasımovun həddindən artıq irəli getdiyini, bütün idarəçiliyi öz əlində cəmləşdirməsini həzm edə bilməyib. 

Tərəflər arasında çoxdan başlanmış nüfuz savaşı rayonda və RİH-də söz-söhbətə səbəb olub. Müavinlər icra başçısı yanında və rayonun idarəçiliyində mövqelərini möhkəmləndirməyə çalışır. 

 A.Ağayevə "bir köynək” yaxın olan Q.Qasımov A.Vahidovu əzib keçməyə hələ ki qadirdir. Amma qarşı tərəf də ciddi müqavimət göstərir. 

Bildirək ki, Şamaxı icra başçısının müavini biznes şəbəkəsini genişləndirir. Qasım Qasımov artıq ölkə hüdudlarından kənarda ticarət bazası qurmağa başlayıb . Başçı müavini Rusiyanın Sankt-Peterburq şəhərində biznes şəbəkəsi qurub. 

Bu biznesin təşkilində ona hərbi xidmətdən yayındığı və adıçəkilən şəhərə getdiyi iddia olunan oğlunun dəstək verdiyi bildirilir. 

Habelə, Q.Qasımovun qardaşı oğlanlarının da əsgərlikdən yayınaraq Rusiyanın ikinci şəhərinə getdikləri və biznesə nəzarət etdikləri söylənir. 

İcra başçısının müavinin S.Peterburqda hansı biznesi qurduğu açıqlanmır. Güman olunur ki, həm geyim, həm ərzaq mağazaları fəaliyyətdədir. Bu biznesi hansı maliyyə hesabına yaratdığı bilinmir.скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur