Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
Xəbər Lenti
Göyçayda üsyan: bağlanan bağçanın müəllimlərinin maaşı verilmir - Təcili

Göyçayda üsyan: bağlanan bağçanın müəllimlərinin maaşı verilmir - Təcili

Göyçayda şəhid Mehman Muradov adına 4 saylı uşaq bağçasını əsaslı səbəb göstərilmədən fəaliyyətini dayandırıblar

Bu barədə  yerli sakinlər məlumat verib. 

Qeyd olunan bağça Göyçay şəhərinin mərkəzində yerləşir və ən aktiv uşaq bağçalarından biri hesab edilirdi. 

Bundan əlavə bir neçə aydır ki, bağçanın işçilərinin maaşları da verilmir. Gəzən söz -söhbətlərə görə, ancaq maaşların 60-70 faizi veriləcək.
Bağçanın bağlanma səbəblərindən biri də bağçanın köhnə və istifadəyə yararsız halda olması qeyd edilir. 

Amma bunun müəllimlərin maaşının kəsilməsinə bağlamaq düzgün deyil. Təcili şəkildə Təhsil Nazirliyinin məsələyə müdaxiləsi tələb olunur. 

Bu həm Əmək Məcəlləsinin kobud şəkildə pozulmasıdır, həm də əhalinin iqtisadi vəziyyətinin ağırlaşdığı dövrdə imtahan çəkilməsidir. 

Ümumiyyətlə, ilin sonundan bəri maaşlar bir çox istehsalat müəssisələrində ödənilmir. Məsələn, "Azeristeel” şirkəti əməkdaşlarının maaşlarını hələ də vermir. 

Bu şirkətin əməkdaşları, xüsusən də yerli mühəndislər və fəhlələr aylardır əmək haqqı ala bilmirlər. Yeni il gəlib və indiyə qədər əmək haqları ödənilməyib. 

Politika.Az-ın xəbərinə görə, Azərbaycanda işsizlər ordusunun sıraları genişlənir. Devalvasiya iş yerlərində ixtisarlara və müəssisələrin qapadılmasına səbəb olur.

Deputatlar da Tarif Şurasının qərarlarını, bank siyasətini, hökumətin iqtisadi prosesləri idarəçiliyini sərt tənqid edir. 

Ölkədə işsizlik baş alıb getdikcə, bahalaşma davam etdikcə aztəminatlı ailələrin, imkansız insanları, təqaüdçülərin, köçkünlərin və şəhid ailələrinin və digər təbəqə insanların iqtisadi vəziyyəti daha da ağırlaşır.

Antiböhran tədbirlərinin ləng getməsi nəticəsində iri mağazalar, dükanlar, yarmarkalar müflisləşir, bağlanır, minlərlə insan iş yerlərini itirir.

Politika.Az

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur