Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Bərdədə“bayram əməliyyatı”: Zaur Bəylərovdan 101 məmura “4 hinduşka, 10 toyuq, 5 kilo pendir gətirin” əmri... - ÖZƏL

Bərdədə“bayram əməliyyatı”: Zaur Bəylərovdan 101 məmura “4 hinduşka, 10 toyuq, 5 kilo pendir gətirin” əmri... - ÖZƏL

yüklənir...
Bərdə rayon rəhbərliyində təmsil olunan bəzi məmurlar əhalinin bayramını qara gətirdi

Verilən xəbərdə iddia olunur ki, "bayram əməliyyatı”adlanan həmin yığımda iki məmur Yeni ilə qazancla daxil oldu. 

Söhbət Bərdə rayon İcra Hakimiyyətində (RİH) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərov və Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayevanın "bayram əməliyyatı”ndan gedir. 

Gələn son xəbərlərə görə, Z.Bəylərov bayram ərəfəsində icra nümayəndələrinin qanına susayıb. Onlara ayrı-ayrı vaxtlarda müxəlif xərac, bac, qeyri-qanuni "haqq” qoyan şöbə müdiri bu dəfə daha orijinal variant seçib. O, bayram ərəfəsində pul yox, bayram bazarlığı tələb edib. 

İddia edilir ki, RİH rəsmisi icra başçısı Vidadi İsayevin adından sui-istifadə edərək 101 icra nümayəndəsi qarşısında öhdəlik qoyub. Onlar da bu göstərişin V.İsayevdən gəldiyini zənn edərək məcburiyyət qarşısında yerinə yetirməli olublar. 

Məlumatda deyilir ki, dekabrın 30-dək 101 icra nümayəndəsi V.Bəylərovun bu əməliyyata vaqif olunmuş dəstəsinə tələb olunanlar çatdırıb. 

Belə ki, hər icra nümayəndəsi 4 hinduşka, 10 toyuq, 5 kilo pendir çatdırmalı imiş Bərdə rayounda bayranm ərəfəsində hinduşkanın birinin dəyəri 50 manatdır. 

Bu da 101 icra məmurunun ümumi olaraq 22 min manat şöbə müdirinə qazandırması deməkdir. Ardınca hər məmurun 5 kilo pendir gətirməsi təqribən 2500 manat edir. 

Üstəgəl, 1000 toyuq 10 min manat civarındadır. Z.Bəylərov bayram ərəfəsində ümumilikdə 36 500 manat mənfəət götürüb. 

Verilən xəbərdə iddia olunur ki, bu məhsullar Tərtərin Səhləbad kəndinə daşınıb. Z.Bəylərovun təlimatı əsasında hinduşka toyuqlar kəsilib, pendir də olmaq şərti ilə topdansatış mərkəzlərinə paylanıb. İddia edilir ki, bu məhsulların topdan satışından əldə olunan gəlir şöbə müdirinin cibinə axıb. 

Ən dəhşətlisi və ikrah hissi doğuran məqam ondan ibarətdir ki, Z.Bəylərov bu prosesdə icra başçısının və Prezident Administrasiyasının adından sui-istifadə edib. İcra nümayəndələri isə bu məhsulları ayrı-ayrı fermerlərin, kəndlilərin boğazından kəsərək gətirib. 

Əlbəttə ki, bayramda kasıb-kusubun, yoxs zümrənin hinduşkasına, pendirinə nə V.İsayevin, nə PA rəsmilərinin ehtiyacı var. Bu analoqsuz "ideya” yalnız Z.Bəylərovun ağlına gələ bilər. 

Onun bayram ərəfəsində mənimsədiyi və qeyri-qanuni əldə etdiyi qazanc isə ac-yalavac, işsiz, bayram bazarlığı etməyə imkanı olmayan bərdəlilərin hesabından olub. İcra nümayəndələri isə hər dəfə onun əmrlərinə boyun əyir. 

Bundan qabaq da şöbə müdiri onların hər birindən 2 min manat tələb etmişdi. Bu barədə yazdıqdan sonra məbləğ min manata endirildi, məsələnin mediada daha çox tirajlanması nəticəsində həmin məbləği yığmaq fikrindən daşınıblar. 

Z.Bəylərov Bərdə camaatının və yerli məmurların, bələdiyyə sədrlərinin qəniminə çevrilib. Onun qanunsuz fəaliyyətindən bezən yerli əhali V.İsayevin və ölkə rəhbərliyinin reaksiyasını gözləyir. 

Bundan qabaq da Tərtərdə işlədiyi dövrdə sakinlərin gününü göy əksiyə bükmüşdü. İndi də bərdəlilər cana doyub və bayramı onların burnundan gətirən Bəylərovun barəsindən ölçü götürüləcəyinə ümid olunur. 

Redaksiyamıza verilən digər xəbərdə isə deyilir ki, baş həkim Rəna Mustafayeva bayram payı yığdırıb. Onun da icra hakiminin adından sui-istifadə etdiyi deyilir.

Baş həkimin göstərişi ilə ambulator şöbələrdən, kənd tibb məntəqələrindən, şöbə həkimlərindən 300-1000 manat arası xərac alınıb. Guya bu haqda icra başçısı tapşırıq verib. 

Son məlumata görə, V.İsayev rəsmi şəkildə məzuniyyətə çıxıb və onun gediindən istifadə edənlər rüşvət yığır. İcra başçısının bu işlərdən xəbəri olmadığı söylənir. 

Hər halda hər iki bayram əməliyyatı ilə bağlı əslənən iddialara cavab haqq olaraq adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Politika.Az

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur