Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Rüstəm Usubovun milyonluq sərvəti: villalar, malikanələr, hotellər, şirkətlər… - SİYAHI

Rüstəm Usubovun milyonluq sərvəti: villalar, malikanələr, hotellər, şirkətlər… - SİYAHI

yüklənir...
Jurnalist Həbib Müntəzir bu gün işdən çıxarılan Baş Prokurorun müavini Rüstəm Usubovun sərvətinin siyahısını yayıb.

Həmin siyahını təqdim edirik:

Nəsimi rayonu, Bülbül Prospekti, ev 65C ünvanında bir neçə mənzilləri,
Mərdəkanda hərəsi 10 milyon dəyərində yan-yana 4 villa,
 
"28 may" küçəsində 4 otaqlı mənzil,
"Naxçıvani"də 4 otaqlı mənzil,
"Səməd Vurğun" küçəsində bir blokda 3 mənzil,
Yasamalda 3 yeni mənzil,
"İçəri Şəhər" metrosu yaxınlığında 2 yeni mənzil
12 ədəd hərəsinin dəyəri iki yüz min manat olan mənzil,
"Neftçilər"də "Xəzər" Universitetinin yanında yeni tikili 4 bina
"Xalqlar dostluğu"nda yeni tikili 2 bina
D.Bünyadzadə küçəsində "Xəmirçi" Təndirxana və market
Onun yaxınlığında ət dükanları,
Yasamalda, D.Bünyadzadə küçəsində "Səbət" kafesi,
Yeni Yasamaldakı "Şakoroll" restoranı,
Tikinti materialları dükanı,
"Elit" kişi salonu,
Yasamalda bir aptek,
Böyük Alman malları dükanı,
"Gəncə məhsulları" adında dükan şəbəkələri,
9-cu mikrarayonda Karaoke kafesi,
"Ayna Soltanova"nın arxasında "Oazis", "Lido" restoranları.
Moskvada bir bağ evi
Fransada mənzil

3 qızı var: Humay, Nərmin və Nəzrin Usubovalar.

Humay göz həkimidir, öz klinikası var.

Humayın "Ayna Soltanova"da hoteli, "Təzə Bazar"la üzbəüz binada hərəsi 4 yüz min manatlıq 2 mənzili, "Hüseyn Cavid" prospektində "Mirvari Park" kompleksində 2 ədəd hərəsi 1 milyon dəyərində mənzil, 9-cu mikrarayonda 3 mərtəbəli çay evi, 4 avtomobili - "Land Cruser", "Audi", "BMW", "Mercedes Maybach"ı var.

Nərmin diş həkimidir, öz klinikası var.

Nərminin "Təzə bəy hamamı"nın yanında yeni tikilidə qiyməti 1.5 milyon olan 2 mənzil, "Hüseyn Cavid" prospektində "Mirvari Park" yaşayış kompleksində 2 ədəd dəyəri 1 milyon olan mənzil, "Rəşid Behbudov" prospektində Xarici Dillər Universitetinin yanında 2 mənzil, hərəsinin dəyəri 1 milyon, Türkiyədə, Bodrumda mənzil, Almaniyada mənzil, Mərdəkanda 2 ədəd hərəsinin dəyəri 5 milyon olan iki villa, 3 avtomobili - "Lexus", "Maseratti", "BMW"si var.

Nəzrin hüquqşünasdır məhkəmədə işləyir.

Nəzrin oğlunun adını Rüstəm qoyub və varis elan olunub. O biri qızlarının nəyi varsa, 3-ə vurun əmlak və biznesi. Üstəlik yoldaşı da eks nazir Yavər Camalovun bacısı oğludur.

Yoldaşı Kəmalə Usubova isə milyonlarla dəyərində antik qızıl və brilliant kolleksiyaçısıdır.

Kürəkəni Nəsimi rayon, 20-ci Polis Bölməsinin rəisi, mayor Vüqar Abdullayevdir.

İkinci kürəkəni Üveysi İsmayılov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavinidir. Ölkədə mərmər monopoliyasına nəzarət edir.
Qardaşı Üzeyir İsmayılov Müdafiə Sənayesi Nazirliyinin aparat rəhbəridir.

Kiçik kürəkəni Zaur vergilərdə audit şöbəsinin rəisidir.

Bütün əmlakları və biznesləri qayınları Abdinov Emin və Abdinov Fuad Alim oğlanlarının adlarına rəsmiləşdirilib.
Qaynı Abidinov Eminin "DƏNİZ EA” MMC şirkəti var.

Maşın kolleksiyası:

"Lexus RX Premium Jeep" 011, 005 nömrəli, 002 nömrəli "Mercedes-Benz GL", 2 ədəd "Land Cruser" markalı avtomobil, "Panamera Porshe" markalı avtomobil, "Mercedes-Benz S-Klas" markalı avtomobil, Kürəkəni Üveysinin "Gelandewagen" 6.3 motorlu, Dubayda şeyxlər üçün yığılma avtomobili var.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur