Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Bu gecə Romadan Bakıya çarter reysi var - Vətəndaşların nəzərinə!

Bu gecə Romadan Bakıya çarter reysi var - Vətəndaşların nəzərinə!

yüklənir...

Azərbaycanın İtaliyadakı Səfirliyi ölkədəki epidemioloji vəziyyətlə əlaqədar vətəndaşlara müraciət edib.

 İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə səfirliyə müraciət etmiş vətəndaşlar üçün 17 mart tarixində axşam saatlarında Roma şəhərindən Bakıya birbaşa çarter reysi həyata keçiriləcək.

Səfirlik əməkdaşları aidiyyəti məsələ ilə bağlı müraciət etmiş vətəndaşların əksəriyyəti ilə fərdi qaydada əlaqə saxlayaraq onların vətənə qaytarılması ilə əlaqədar müvafiq təşkilati məsələlər haqqında onları məlumatlandırıb.

 

Ancaq bəzi vətəndaşlarla telefon rabitəsinin qurulmasında çətinliklərin olduğunu nəzərə alaraq, aidiyyəti məsələ ilə bağlı səfirlikdən zəng qəbul etməmiş vətəndaşlardan təcili olaraq aşağıdakı nömrələrlə əlaqə saxlamaqları xahiş olunur.

Telefon nömrəsi: 06 85305557;

Qaynar xətt: 349 8155582.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur