Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Dünən icra başçısı təyin edilən polkovnik kimdir? (DOSYE)

Dünən icra başçısı təyin edilən polkovnik kimdir? (DOSYE)

yüklənir...
Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Vahid Heydər oğlu Tağıyevlə bağlı bəzi avtobiqorafik məlumatlar bəlli olub.

Ağsunun yeni icra başçısı V.Tağıyev əslən Göyçay rayonundandır.

O, icra başçısı təyin olunmazdan əvvəl təhlükəsizlik orqanlarında çalışıb. Onun Dövlət Təhlükəsizlik Xidmətinin Astara və Zaqatala şöbələrində rəis müavini vəzifəsini daşıdığı bildirilir. V.Tağıyev son olaraq DTX-nın Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində çalışıb.

V.Tağıyev xidmətdə fərqlənməyə görə medalla da təltif edilib. Belə ki, Prezidentin 2006-cı il 27 mart tarixli sərəncamı ilə polkovnik Vahid Heydər oğlu Tağıyev "Hərbi xidmətlərə görə” medalı ilə mükafatlandırılıb.

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Heydər oğlu Tağıyevin V.Tağıyevin qardaşı olduğu bildirilir.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur