Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...

"İcra hakimiyyətləri satınalamaları şəffaflıq olmadan həyata keçirir" — Vahid Əhmədov

yüklənir...
İcra hakimiyyətləri dövlət satınalmalarını öz istədiyi kimi həyata keçirir və burada şəffaflıq prosesinə riayət olunmur.

Bunu deputat Vahid Əhmədov Milli Məclisdə İqtisadi-siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2018-ci ilin hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, satınalmalarla bağlı problem ciddi olub və ciddi olmaqda davam edir. 

"Bu problemi dəfələrlə qaldırsaq da, nəticəsi olmayıb. İcra hakimiyyətləri satınalamaları birbaşa, tenderləri öz istədikləri kimi, şəffaflıq olmadan həyata keçirir. Bir zamanlar tenderləri həyata keçirmək üçün bir agentlik var idi və o da sonra ləğv edildi. Odur ki, məsələyə ciddi yanaşmaq lazımdır”, - deyə deputat bildirib.
 
Deputat eyni zamanda mühasibat-uçot sistemindəki nöqsanlara toxunaraq deyib ki, bu sahədə də ciddi nöqsanlar mövcuddur: 

"Baxmayaraq ki, mühasibat-uçotla bağlı yeni qanun qəbul edilsə də, bu qanunun tətbiqində ciddi problemlər mövcuddur. Hələ zamanında bildirmişik ki, bu gün Azərbaycanda beynəlxalq standartlara uyğun mühasibat-uçot sistemini bilən və buna uyğun iş görən mütəxəssis həddən artıq azdır.  Bu gün Azərbaycanda  cəmi bir neçə təşkilat müasir qaydada müsibat –uçot sistemini həyata keçirə bilər”.

 

Palata tərəfindən ötən ildə 23 milyon manatın büdcəyə qaytarılması ilə bağlı məsələyə mövqeyini açıqlayan deputat bildirib ki,  bu vəsaitin az olduğunu və bu həcmin artırılmasını təklif edib.

O, həmçinin ünvanlı sosial yardımların verilməsindəki nöqsanları da dilə gətirib.


скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur