Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Zülfüqar Mikayılov azadlığa buraxılıb

Zülfüqar Mikayılov azadlığa buraxılıb

yüklənir...
Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Tədbirdə Penitensiar xidmətin Təşkilat-nəzarət idarəsinin rəisi Vüqar Abışov, cəzaçəkmə müəssisəsinin rəisi Mehman Əliyev, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, hüquq müdafiəçisi Səadət Bənənyarlı də iştirak ediblər.

Bu həbsxanadan 1 nəfər - Nardaran hadisələrinə görə həbs edilmiş Zülfüqar Mikayılov azadlığa buraxılıb. Əfv olunaraq azadlığa buraxılan şəxsə arayış təqdim olunub.

Qeyd edək ki, Z.Mikayılov "Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavinidir. O, Nardaran hadisələrinə görə 17 il müddətinə azadlıqdan məhrum edilib.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur