Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Bakıda baş həkimin müavininə “pul atanlara” 20 il hökm oxundu

Bakıda baş həkimin müavininə “pul atanlara” 20 il hökm oxundu

yüklənir...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilənlər - 1978-ci il təvəllüdlü Adil İbrahimov və keçmiş məhkum, 1987-ci il təvəllüdlü Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Rahib Salmanovun icraatında olan prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə Alim İbrahimov 9 il, Tərlan Comərdov isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T.Comərdov və A.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub. T.Comərdov Sumqayıt sakinlərindən pul alıb qaytarmadığı üçün daha əvvəl 9 il müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmişlərdən biri Feyzulla Qasımov Baku Medical Plazada baş həkimin müavinidir. O, ifadəsində bildirib ki, özünü prezidentin iqtisadi məsələlər üzrə keçmiş müşaviri Əli Əsədovun adamı kimi təqdim edən Alim İbrahimov adlı şəxs onun dostunun qızıl dükanından 16 min 800 manat dəyərində zinət əşyası götürüb və pulunu ödəməyib.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur