Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Azərbaycanda bu müəllimlər rekord vurdu - Ən yüksək bal topladılar/ FOTO

Azərbaycanda bu müəllimlər rekord vurdu - Ən yüksək bal topladılar/ FOTO

yüklənir...

Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İyulun 25-dən start verilən imtahanlarda artıq 40 mindən çox namizəd iştirak edib. Bu gün kimya, musiqi və təsviri incəsənət müəllimliyinə namizədlər imtahan verir.

 

Təhsil Nazirliyinin kadrlar sektorunun müdiri Rasim Məmmədovun verdiyi məlumata görə, namizədlərdən 3-ü sualların hamısına cavab yazaraq ən yüksək bal – 60 bal toplayıb. Hər üç müəllim - Aybəniz Rövşən qızı Əsgərova, İsgəndər Nürəddin oğlu Səmədov və Nuranə Qarakişi qızı Yusifli kimya müəllimliyinə imtahan verib.


Xatırladaq ki, indiyədək yalnız bir nəfər – Riyaziyyat müəllimliyinə imtahanlar zamanı fərqlənən Gəncə Dövlət Universitetinin məzunu Günay Allahverdiyeva 60 sualın hamısına düzgün cavab verərək maksimum bal toplayıb.

 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur